Xəbərlər

Bakı Dövlət Universitetinin Elmi kitabxanasından Prezident Kitabxanasına kitab hədiyyəsi

Bakı Dövlət Universitetinin Elmi kitabxanasından Prezident Kitabxanasına kitab hədiyyəsi

Bakı Dövlət Universitetinin Elmi kitabxanasından Prezident Kitabxanasına kitab hədiyyəsi

Bakı Dövlət Universitetinin Elmi kitabxanası tərəfindən Prezident Kitabxanasına 20 adda, ümumilikdə 40 nüsxə elmi və tədris ədəbiyyatı hədiyyə olunub. Bu addım ölkənin aparıcı elmi-təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsi və bilik mübadiləsinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təqdim olunan nəşrlər müxtəlif sahələri əhatə edən elmi konfrans materiallarından, yubiley nəşrlərindən və ali təhsil üçün nəzərdə tutulmuş dərs vəsaitlərindən ibarətdir. Bu ədəbiyyatlar təbiət və humanitar elmlərin müxtəlif istiqamətləri üzrə müasir elmi yanaşmaları, aktual problemləri və tədqiqat nəticələrini ehtiva edir. Eyni zamanda, nəşrlər sırasında görkəmli alimlərin həyat və yaradıcılığına həsr olunmuş tədqiqat əsərləri və beynəlxalq elmi konfrans materialları da yer alır.

Bu nəşrlər Prezident Kitabxanasının fondunun daha da zənginləşdirilməsinə xidmət etməklə yanaşı, geniş oxucu auditoriyası üçün əhəmiyyətli imkanlar yaradır. Xüsusilə tələbələr, gənc tədqiqatçılar və müxtəlif sahələr üzrə mütəxəssislər üçün bu ədəbiyyatlar etibarlı elmi mənbə kimi kimi mühüm rol oynayır, onların aktual biliklərə çıxışını daha da asanlaşdırır. Bununla yanaşı, materiallar ölkədə aparılan elmi tədqiqatların müasir vəziyyətini izləmək və yeni elmi istiqamətləri müəyyənləşdirmək baxımından da dəyərli bir resursdur.

Prezident Kitabxanası Bakı Dövlət Universitetinin Elmi kitabxanasına göstərilən dəyərli əməkdaşlığa görə təşəkkürünü bildirir və bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyinə ümidvarlığını ifadə edir.