Xəbərlər

Milli Aviasiya Akademiyasından Prezident Kitabxanasına kitab hədiyyəsi

Milli Aviasiya Akademiyasından Prezident Kitabxanasına kitab hədiyyəsi

Milli Aviasiya Akademiyasından Prezident Kitabxanasına kitab hədiyyəsi

Milli Aviasiya Akademiyası Prezident Kitabxanasına bir sıra nəşrlər hədiyyə edib.

Hədiyyə edilən nəşrlər fizika, Azərbaycan tarixi, hüquq və maliyyə sahələrini əhatə edir. Kitablarda müxtəlif elm istiqamətləri üzrə nəzəri biliklər sistemli şəkildə təqdim olunur, həmçinin humanitar və iqtisadi sahələrə dair mühüm məlumatlar yer alır.

Bu nəşrlər oxucuların fizika elminin əsasları ilə tanış olmasına, Azərbaycanın tarixi inkişaf mərhələləri haqqında məlumat əldə etməsinə, ədalət mühakiməsi sisteminin prinsiplərini öyrənməsinə və maliyyə uçotunun nəzəri əsaslarını mənimsəməsinə imkan yaradır.

Təqdim olunan nəşrlər Prezident Kitabxanasının fondunun zənginləşməsinə töhfə verir və oxucuların müxtəlif sahələr üzrə ixtisaslaşmış ədəbiyyata çıxış imkanlarını genişləndirir.

Prezident Kitabxanası göstərilən diqqətə və qiymətli kitab hədiyyəsinə görə Milli Aviasiya Akademiyasına təşəkkürünü bildirir.