Tədbirlər

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

2025-ci il aprelin 28-də Prezident Kitabxanasında görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, tədqiqatlarından, Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdən bəhs edib və yüksək mənəviyyatı, insanlara göstərdiyi səmimi münasibəti ilə xalqımızın qəlbində silinməz iz buraxdığını qeyd edib.
Daha sonra akademik Zərifə Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən videoçarx və Prezident Kitabxanası tərəfindən hazırlanmış virtual sərgi tədbir iştirakçılarına təqdim olunub.
Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova çıxışlarında görkəmli alimin mənalı ömür yolundan bəhs ediblər. Tədbirdə elm və mədəniyyət xadimlərinin Zərifə Əliyeva ilə bağlı xatirələri səsləndirilib.
Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.