Tədbirlər

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

2025-ci il aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli şair, dramaturq, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim və akademik, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Kitabxananın foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmiş, daha sonra Bəxtiyar Vahabzadənin kitablarından ibarət sərgi ilə tanış olmuşlar.
Kitabxananın Konfrans zalında baş tutan tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, tədbirdə təqdim olunan “Hikmət mücrüsü” kitabının tərtibatçısı Fikrət Əsgərov, filologiya elmləri doktoru, şair İslam Sadıq, Milli Məclisin deputatı Cavanşir Feyziyev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktorunun müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli, Azərbaycan Yazıçılar İttifaqının Şəki bölməsinin sədri Vaqif Aslan, filologiya elmləri doktorları Məsməxanım Qazıyeva, Bahar Cəfərova, Sevinc Əliyeva, Bəxtiyar Vahabzadə haqqında kitabların müəllifi Aida Mirzəyeva çıxış etdilər. Tədbirdə həmçinin, Xalq şairinin sözlərinə bəstələnmiş mahnıların müəllifləri – tanınmış bəstəkarlar Cavanşir Quliyev və Eldar Mansurov Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşdülər.
Tədbirdə Prezident Kitabxanası tərəfindən hazırlanmış və Bəxtiyar Vahabzadənin müxtəlif dillərdə çap edilən kitablarını, eləcə də yubilyar haqqında yazılmış təqdiqat əsərlərini və monoqrafiyaları əks etdirən virtual sərgi təqdim olunmuşdur.