Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Zəfər Günü” adlı elektron layihə Azərbaycan torpaqlarının Ermənistan ordusunun işğalından azad olunması – Zəfər Gününə həsr edilmişdir. Azərbaycan, ingilis və rus dillərində olan layihə 9 fəsildən, 8 alt bölmədən ibarətdir.
“Tarixi arayış” adlanan birinci fəsildə Qrabağın Ermənistan tərəfindən işğalının tarixinə dair ən mühüm məqamlar öz əksini tapır. Layihənin “44 günlük zəfərin xronikası” adlanan fəslində Vətən müharibəsinin hər bir anı xronoloji ardıcılıqla verilmişdir. Sonrakı bolmələrdə Vətən müharibəsinin şəhidləri, həmin dövrdə mülki əhalinin yaşadığı yerlərin bonbalanması nəticəsində ölən və yaralınanların siyahısı, günbəgün azad edilmiş kənd və şəhərlərimiz, müharibədən sonra hərbiçilərin təltif siyahısı öz əksinin tapmışdır. Eyni zamanda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, xarici KİV-lərə verdiyi müsahibələr və çıxışlarının mətnləri ayrıca bölmədə verilmişdir.
“E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla təqdim edilir. Layihə mütəmadi olaraq yenilənilir.