E-Layihələr

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası

Layihə haqqında

Prezident Kitabxanasının hazırladığı “Naxçıvan Muxtar Respublikası” adlı elektron layihə Azərbaycan və ingilis dillərində internet istifadəçilərinə təqdim olunur. Zəngin və çoxşaxəli materialları özündə birləşdirən bu resursun əsas məqsədi Muxtar Respublika haqqında zəngin, etibarlı və operativ informasiya çatdırmaqdır. Elektron layihədə qədim tarixə, zəngin mədəni irsə və çoxəsrlik dövlətçilik ənənələrinə malik, mürəkkəb, eyni zamanda dinamik inkişaf yolu keçmiş Naxçıvan haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, resursda Azərbaycanın mühüm elmi-mədəni mərkəzlərindən biri olan Naxçıvanın yetişdirdiyi görkəmli alimlər, sənətkarlar və tarixi şəxsiyyətlər barədə də məlumatlar da təqdim edilir. Bu məlumatlar istifadəçilərə regionun elmi, mədəni və tarixi potensialını daha dərindən öyrənmək imkanı yaradır.