E-Layihələr

Qubadlı

Layihə haqqında

Müzəffər Azərbaycan ordusunun 2020-ci ilin payızında torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibə Zəfərlə nəticələndi. Qubadlı rayonunun ərazisi əsgər və zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına azad edildi. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il 25 oktyabr tarixinin “Qubadlı şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. Erməni vandallarının viran qoyduğu Qubadlı şəhəri və Qubadlı rayonu Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində günbəgün yenidən qurulur, abadlaşır, qubadlılılar tədricən öz doğma yurdlarına qayıdırlar. 
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Qubadlı” layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonu haqqında ümumi məlumatı, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimizin fotolarını, işğaldan azad edildikdən sonra vüsət alan bərpa-quruculuq işlərini və Böyük Qayıdış barədə seçmə materialları özündə əks etdirən elektron topludur.

https://gubadli.preslib.az/