Kitabda görkəmli aktyor, pedaqoq, ictimai xadim Hüseynqulu Məlik oğlu Sarabskinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları: əsərləri, toplayıb tərtib etdiyi materiallar, məktubları və ona ünvanlanan məktublar, ictimai fəaliyyətinə aid sənədlər, şəxsi sənədləri, təsviri sənədlər, çap kitabları və digər müxtəlif məzmunlu nümunələr təsvir edilərək təqdim olunmuşdur.
Biblioqrafik təsvir
Hüseynqulu Sarabski arxivinin təsviri / AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; tərt.-müəl. N. Ə. Səmədova; red. K. Bağırova.- Bakı: Zərdabi Nəşr MMC, 2024.- 392 s.