Kitab haqqında

İnkişaf - məqsədimizdir

İnkişaf - məqsədimizdir

Sərlövhə:
İnkişaf - məqsədimizdir
Müəllif:
Əliyev İlham
Nəşr ili:
2020
Cild:
99
Annotasiya:
"İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində dövlət başçısının Rusiya Federasiyasına səfərinə, Özbəkistan Respublikası Ali Məclisi Senatının, Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədrləri ilə görüşünə dair materiallar toplanmışdır. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər bir cilddə öz əksini tapır. Kitabda oxucular dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı, həmçinin Rusiyanın "Rossiya-24" kanalına müsahibəsi ilə də tanış ola bilərlər.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. 
99-cu kitab: dekabr 2019 - yanvar 2020.- Bakı: Azərnəşr, 2020.- 388 s.