Dilimizin qrammatik quruluşunun hər iki sahəsini - morfologiya və sintaksisi birlikdə nəzərdə tutan bu kitab ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri, müəllifin bu sahədə uzun illərdən bəri qazandığı təcrübə əsasında yazılmışdır. Nitq hissələri və mühüm morfoloji kateqoriyalar, adların dəyişmə, feillərin təsrif sistemi yeni baxış əsasında işlənmiş, nitq hissələrində keçid prosesləri xüsusi nəzərə alınmışdır. Dərslikdə ənənəvi sintaksis sahəsində görkəmli alimlərimizin tədqiq və araşdırmaları ilə yanaşı, söz birləşməsi, cümlə və mətn problemlərinin öyrənilməsinə yeni baxış əsas götürülmüş, mövzuların şərhinə mətnin aktuallaşdırılması imkanlarının tədqiqi mövqeyindən diqqət yetirilmişdir. Ona görə də dərsliyin sintaksis hissəsi nitqin funksional cəhətlərinin xüsusi nəzərə alınması baxımından əvvəlki dərsliklərdən fərqlənir.
Biblioqrafik təsvir
Kazımov, Qəzənfər Şirin oğlu. Azərbaycan dilinin qrammatikası: morfologiya, sintaksis: dərslik / Q. Ş. Kazımov; elmi red. N. Q. Cəfərov; Azərbaycan Respublikası Təhsil Nazirliyi.- Bakı: Elm və təhsil, 2017.- 944 s.