Kitab haqqında

Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində

Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində

Sərlövhə:
Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində
Müəllif:
Məmmədova Şəlalə
Nəşr ili:
2020
Annotasiya:
1920-30-cu illərin siyasi prosesləri keçmiş SSRİ məkanında mövcud olmuş hər bir respublikanın, hər bir xalqın həyatında özünəməxsuz iz buraxmışdı. Bu proseslər bütov cəmiyyətləri yeni siyasi ideologiya və sistemin təzyiqi altında yaşamağa, ənənəvi həyat tərzini, dini-mədəni, mənəvi-etik prinsipləri mövcud şəraitə uyğunlaşdırmağa məcbur etmişdi. Oxucuların diqqətinə təqdim edilən bu tədqiqatda 1920-30-cu illərin hadisələrini şərtləndirən amillərin, sovet idarə aparatı və nomenklaturasının, sovet ideologiyası, dini, milli, təhsil və informasiya siyasətinin təhlilinə cəhd edilir.

Biblioqrafik təsvir

Məmmədova, Şəlalə. Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində: Azərbaycan məsələləri: monoqrafiya / Ş. Məmmədova; elmi red. M. C. Qasımlı; AMEA Qafqazşünaslıq İnstitutu.- Bakı: RS Poliqraf MMC, 2020.- 376 s.