- Sərlövhə:
- Günəbaxan bitkisi
- Müəllif:
- Vəliyeva Mahirə
- Nəşr ili:
- 2020
- Annotasiya:
- Təqdim olunan vəsaitin nəşr olunmasında məqsəd, kənd təsərrüfatı işçilərini Azərbaycanda va dünyada günəbaxandan yüksək məhsulun əldə olunmasını təmin edən əsas aqrotexniki becərmə tədbirləri ilə tanış etmək, torpaq becərmələrinə, gübrələrə, sələflərə, səpin üsullarına, səpinlərə qulluq işlərinə, bu bitkinin müsbət və mənfi tərəflərinə dair mübahisəli məsələlərə aydınlıq gətirməkdir. Digər tərəfdən günəbaxan tumunun istehsalı ilə məşğul olan kəndli-fermer təsərrüfatlarına elmi cəhətdən əsaslandırılmış yüksək məhsulun alınmasına zəmin yaradan becərmə texnologiyaları haqqında məlumat verməkdir. Kitabda günəbaxan bitkisinin botaniki təsviri, mədəni, yabanı, eləcə də, hazırda geniş sahələrdə becərilən növləri və sortları haqqında məlumat verilir. Azərbaycanda tum istehsalçılarının məlumatlandırılması üçün, yerli və xarici məhsuldar sortların alınması, aqrobioloji xüsusiyyətləri göstərilməklə, zərərli orqanizmlər haqqında məlumatlar verilir.
Biblioqrafik təsvir
Vəliyeva, Mahirə Aydın qızı. Günəbaxan bitkisi / M. A. Vəliyeva, E. A. Xəlilov; elmi red. Z. İ. Əkbərov; Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu.- Gəncə: Aytac NP, 2020.- 370 s.