- Sərlövhə:
- Metro 2033
- Müəllif:
- Qluxovski Dmitri
- Nəşr ili:
- 2013
- Annotasiya:
- İl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır. Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altına, dünyanın ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır. Bura bəşər övladının son qalasına çevrilir. Yer altındakı insanlar üçün ən böyük təhlükə qaralardır. Onlar radiasiya şüalanmasından sonra Yer üzündə yeni bir canlı növü olaraq ortaya çıxıblar və vaxtaşırı yer altına hücum çəkərək, metroya sığınan insanları məhv edirlər.
Biblioqrafik təsvir
Qluxovski, Dmitri. Metro 2033: roman / D. Qluxovski; tərc. E. İbrahimov; red. R. Əhmədzadə.- Bakı: Hədəf Nəşrləri, 2013.- 656 s.