Kitabda folklorun milli-mədəni sistem bütövlüyü kontekstində daxili funksional strukturu və tipologiyası təhlil obyektinə cəlb edilmişdir. Folklorun mədəni sistem kimi elmi baxımdan təqdim olunduğu araşdırmada bu sistemin mədəni müəyyənlik, mədəni funksionallıq keyfiyyətləri, diaxron inkişaf prosesində monomədəniyyətdən urbanizasiya mərhələsinə qədərki inkişafı və s. elmi problemlər əksini tapmışdır.
Biblioqrafik təsvir
Xavəri, Sərxan. Folklor və milli mədəniyyət: funksional semantika problemləri / S. Xavəri; elmi red. S. G. Rzasoy; AMEA Folklor İnstitutu.- Bakı: Sabah, 2018.- 220 s.