Xalq şairi və ictimai-siyasi xadim Səməd Vurğunun anadan olmasının 100 illik yubileyi münasibətilə tərtib edilmiş bu kitabda X. R. Ulutürkün elmi-tarixi memuarlarından seçmələr- S. Vurğun haqqında müxtəlif vaxtlarda yazdığı xatirələr və elmi məqalələr toplanmışdır. Memuar-kitabda S. Vurğunun xarakteri, mühiti və sənəti, müasrlərinin onun haqqında qiymətli xatirələri, fikirləri, poeziyasının milli-bəşəri keyfiyyətləri ilə bərabər, dövrün ədəbiyyatşünaslıq-tənqid problemlərinə geniş yer verilmiş, sənət və sənətkar haqqında ədəbi düşüncələr ifadəsini tapmışdır.
Biblioqrafik təsvir
Rza, Xəlil Ulutürk. Bir odlu gözləri, bir də xoş səsi / X. U. Rza; tərt. F. Ulutürk; red. Ə. B. Əsgərli.- Bakı: Çinar-Çap, 2007.- 301 s.