Kitab Ulu Öndər Heydər Əliyevin əvəzedilməz davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinin beş illiyinə həsr olunur. Kitabda çar Rusiyasının himayəsi altında Ermənistan dövlətinin yaradılması, tarixi erməni-rus münasibətləri, Azərbaycan torpaqlarına ermənilərin mütəşəkkil köçürülməsi, bu köçürülmənin Qafqazın demoqrafik vəziyyətinə təsiri, Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayətinın (DQMV) yaradılması, Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırımı və terror aktları, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından çıxarılması, XX əsrin 90-cı illərində ictimai-siyasi vəziyyətin gərginləşməsi və Qarabağın işğalından bəhs edilir.
Biblioqrafik təsvir
Nuriyev, Eldar Sirac oğlu. İlham Əliyev və Böyuk Qayıdış / E. S. Nuriyev; Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu.- Bakı: Şərq-Qərb, 2025.- 468 s.