Üç bölümdən ibarət olan kitaba müəllifin müxtəlif dövrlərdəki çıxışları və müsahibələri daxil edilib. Birinci bölümdə Heydər Əliyevin Azərbaycan üçün çox çətin sınaqlar dövrü olan 80-ci illərdəki fəaliyyətinin mahiyyəti açılır, bu böyük azərbaycanlının məkrli qüvvələrə qarşı mübarizəsindən bəhs olunur. İkinci bölümdə Ümummilli Liderin dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsindəki xidmətləri geniş təhlil edilir, Azərbaycanı sabitliyə və rifaha qovuşduran Heydər Əliyev yolunun alternativsizliyi fikri əsaslandırılır. Üçüncü bölümdə isə müəllifin aktual ictimai-siyasi hadisələrə dair baxışları əks olunur.
Biblioqrafik təsvir
Heydərov, Fəttah Səməd oğlu. İnamın gücü: Azərbaycan əbədi müstəqillik yolunda / F. S. Heydərov.- Bakı: TEAS Press, 2018.- 564 s.