Kitabda Maliyyə bazarları və xüsusilə Foreks birjasında ticarət fəaliyyətinin əsas prinsipləri və qiymət hərəkətlərinin müxtəlif növ analiz metodları əks olunmuşdur. Kitab müəllifləri uzun illər praktiki təcrübə və elmi araşdırmalar sayəsində sınaqdan keçmiş effektiv birja ticarəti metodlarını texniki və illüstrativ formada oxucuların diqqətinə çatdırmağa çalışmışlar. Kitab Maliyyə bazarlarında fəaliyyət göstərən bu və ya digər formada fəaliyyətini bu sahə ilə bağlayan mütəxəssislər: treyderlər, analitiklər, şərhçilər, investisiya idarəçiləri, tələbələr və s. üçün nəzərdə tutulmuşdur.
Biblioqrafik təsvir
Quliyev, Elşən Qalib oğlu. Foreks: maliyyə bazarının əlifbası / E. Q. Quliyev, Ş. A. Qurbanzadə.- Bakı: Forex-AZ şirkəti, 2007.- 153 s.