Monoqrafiyada ilk dəfə olaraq, qədim Zəngəzurun cənub qurşağında yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri öyrənilmişdir. Müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, ərazinin bütövlükdə türkmənşəli olan toponimlərini küll halında oxuculara çatdıra bilmişdir.
Biblioqrafik təsvir
Əliyev, Əhmədəli İsmayıl oğlu. Azərbaycan dilinin Meğri şivələri: monoqrafiya / Ə. İ. Əliyev; red. A. Abbasov; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Yoxlanılmış və təkmilləşdirilmiş II nəşri.- Bakı: Elm, 2023.- 484 s.