Dərs vəsaitində Azərbaycan diasporunun Avropada yayım coğrafiyasını, xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər və azərbaycançılıq ideologiyası uğrunda mübarizə metodlarını, diasporumuzun tarixi və bu günkü inkişaf istiqamətlərini əks etdirən elmi faktlar, təhlillər, analitik xarakterli materiallar yer alır. Zəngin mədəniyyətə, adət-ənənəyə, tarixə malik Azərbaycan diasporunun Avropada fəaliyyət strategiyasını araşdırmaq, mövcud perspektivləri və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək kitabın əsas məqsədidir.
Biblioqrafik təsvir
Raqifoğlu, Rövşən. Azərbaycan diasporu: dərs vəsaiti / R. Raqifoğlu; red. Ə. M. Həsənov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi Nəşr MMC, 2019.- 312 s.