Kitab haqqında

Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu

Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu

Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu
Sərlövhə:
Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu
Müəllif:
Manafova Maarifə Nuh qızı
Nəşr ili:
2026
Annotasiya:
Bu monoqrafiya Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubunu əhatəli şəkildə tədqiq edir. Müəllifi bəlli olmayan və 1712-ci ildə Məhəmməd Yusif Şirvani tərəfindən üzü köçürülmüş bu əsər, dili xüsusiyyətlərinə görə XVI əsr ədəbi dili ilə səsləşir. Monoqrafiyada orta əsrlər Azərbaycan dilinin tarixi-morfoloji və sintaktik quruluşu, leksik zənginliyi və əsərin elmi-ədəbi üslubu sistemli şəkildə tədqiq olunur. Monoqrafiya həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edir. O, Azərbaycan dilinin tarixi inkişafını, orta əsr təbabətini və elmi-ədəbi ənənələri araşdıran tədqiqatçılar üçün qiymətli mənbədir.

Biblioqrafik təsvir

Manafova, Maarifə Nuh qızı. Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu: monoqrafiya / M. N. Manafova; AMEA Nəsimi adına Dilçilik İnstitutu). - Bakı: Elm və Təhsil, 2026.- 208 s.