Kitab haqqında

Ən dəyərlim

Ən dəyərlim

Sərlövhə:
Ən dəyərlim
Müəllif:
Sparks Nikolas
Nəşr ili:
2017
Annotasiya:
1984-cü ilin baharında iki məktəbli - Amanda Kolier və Douson Koul bir-birinə dəlicəsinə aşiq olurlar. Tamam fərqli mühitlərdə böyüsələr də, onlara elə gəlirdi ki, sevgilərinin gücü Şimali Karolinadakı Oriental adlı kiçik şəhərin reallıqlarının öhdəsindən gələ bilər. Zorakılığa meyilli bədnam ailənin inzivaya çəkilmiş üzvü olan Douson Amandaya duyduğu sevginin onu gözləyən qaranlıq gələcəkdən qaçış vəd etdiyinə inanırdı. Douson məşhur ailənin şahzadələr kimi böyümüş və Dyuk Universitetinə daxil olmağa hazırlaşan qızı Amandanın üsyankar və alovlu qəlbinə toxunmuşdu. Lakin yay bitəndə gözlənilməz hadisələr bu iki yeniyetməni ayırır və onlar tamam fərqli həyat cığırlarına düşürlər.

Biblioqrafik təsvir

Sparks, Nikolas. Ən dəyərlim: roman / N. Sparks; ing. dilindən tərc. İ. Əkbər.- Bakı: TEAS Press, 2017.- 308 s.