Monoqrafiyada Azərbaycan geyim mədəniyyətinin yarandığı ilk dövrlərdən başlamış XX yüzilə qədər keçdiyi inkişaf yolu əldə olunmuş nəzəri, faktiki və təsviri materiallar əsasınla ardıcıllıqla izlənilir. Bu tarixi geyimlərin aşkar edilib üzə çıxarılması, elmi cəhətdən araşdırılması həm tədqiqatçılar üçün, həm də tarixi filmlərin səhnələşdirilməsində kino rəssamları üçün qiymətli mənbə hesab oluna bilər. Monoqrafiya beş fəsildən ibarətdir. XXI yüzilə aid olan 100 ədəd geyim elementinin dəqiq ölçüləri əsasında hazırlanmış texniki rəsmləri, həmçinin, 1500-dən çox sayda illüstrasiya təqdim olunur.
Biblioqrafik təsvir
Dünyamalıyeva, Sabirə Səfi qızı. Azərbaycan geyim mədəniyyəti tarixi: bədii-etnoqrafik tədqiqat: monoqrafiya / S. S. Dünyamalıyeva; elmi red. R. Əfəndi.- Bakı: Nağıl evi, 2003.- 214 s.