Kitab haqqında

Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı

Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı

Sərlövhə:
Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı
Nəşr ili:
2003
Annotasiya:
Filologiya elmləri doktoru Almaz Əliqızı tərtib etdiyi müntəxəbata XX əsrin əvvəllərindən başlayaraq çağdaş dövrümüzə qədər yazıb-yaradan Cənubi Azərbaycan yazarlarının böyük əksəriyyətini daxil etmiş, Azərbaycan oxucusu üçün böyük maraq doğuran, həm də onların az tanıdıqları bu sənətkarların həyatı haqqında qısa məlumat verərək əsərlərindən nümunələr vermişdir. Müntəxəbata, həmçinin son illərin nəsr nümunəsi kimi Mənzurinin "Qaraçuxa" (tam) və "Son nağıl, son əfsanə" (bir parça) romanları da daxil edilmişdir. Əsərləri ərəb əlifbasından latın qrafikasına çevirərkən müəllif cənub dialektini qoruyub saxlamağa çalışmış, bəzən çətin anlaşılan ərəb və fars sözlərinin lüğətini də tərtib etmişdir.

Biblioqrafik təsvir

Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı: dərs vəsaiti / tərt.-red. A. Əliqızı.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003.- 423 s.