Azərbaycanın müasir vergi sistemi respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra təşəkkül tapıb formalaşmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor A. F. Musayev həmin sistemin əsasını təşkil edən strateji məqsədlərin və prinsiplərin elmi cəhətdən işlənib hazırlanmasında fəal iştirak edən alimlərdəndir. Bu kitabda onun ölkədə həyata keçirilən vergi siyasətinin iqtisadi problemlərinə, vergi qanunvericiliyinin tətbiqi və vergitutma praktikası ilə bağlı məsələlərə, iqtisadi təhsilin problemlərinə dair yerli və xarici nəşrlərdə dərc olunmuş elmi, elmi-publisistik məqalələri, müsahibə və çıxışları toplanmışdır.
Biblioqrafik təsvir
Musayev, Akif Fərhad oğlu. Vergi siyasətinin iqtisadi problemləri / A. F. Musayev.- Bakı: Elm, 2004.- 792 s.