Kitab haqqında

Tom Soyyerin macəraları

Tom Soyyerin macəraları

Sərlövhə:
Tom Soyyerin macəraları
Müəllif:
Tven Mark
Nəşr ili:
2011
Annotasiya:
Əsər Tomla dostlarının başına gələn maraqlı, qorxulu və əyləncəli hadisələrdən bəhs edir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir. Uşaqlar işin üstünü açmaqla nahaq yerə dar ağacına sürüklənən günahsız insanı xilas edirlər. Bu isə sonradan onların təqib olunmasıyla nəticələnir. Uşaqları izləyən qatil sonda özü qurbana çevrilir. Qatili güdən dostlar qorxunc cinayətlərin qarşısını alırlar. Bütün bu əhvalatları həyəcansız oxumaq olmur.

Biblioqrafik təsvir

Tven, Mark. Tom Soyyerin macəraları / M. Tven; tərc. Ş. Ə. Ağayeva.- Bakı: Qanun: Əli və Nino nəşriyyatı, 2011.- 280 s.