Bu kitab ümummilli lider Heydər Əliyevin müstəqillik tariximizin ağır və məsuliyyətli bir dövrünü - 1993-2003-cü illəri əhatə edən siyasi fəaliyyət salnaməsidir. Kitabın 1993-1997-ci illəri əhatə edən birinci hissəsi "Prezident. Xronika. 1993-1997" 1998-ci ildə ulu öndərin xeyir-duası ilə işıq üzü görmüşdür. Bu nəşrdə Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olunması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, eləcə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub.
Heydər Əliyev: prezidentlik xronikası: 1993-2003 / Azərbaycan Tarixçiləri İctimai Birliyi; ideya müəl., tərt. A. Ə. Bəşirli; elmi red. Y. Mahmudov.- II nəşr.- Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2023.- 288 s.