Kitab haqqında

Qarabağda Nərgiztəpə abidələr kompleksi

Qarabağda Nərgiztəpə abidələr kompleksi

Sərlövhə:
Qarabağda Nərgiztəpə abidələr kompleksi
Müəllif:
Əliyev Təvəkkül
Nəşr ili:
2017
Annotasiya:
Kitabça Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq xarakterli 2-ci "Şuşa Qrantı" müsabiqəsinin qalibi olmuş "Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi" adlı layihənin yerinə yetirilmə planı və mərhələlərinə uyğun olaraq nəşr olunur. Layihənin məqsədi bu kompleksə daxil olan yaşayış yerlərinin, qəbir abidələrinin, müdafiə və digər tikililərin mədəni-xronoloji çərçivəsini, Qarabağın digər sinxron abidələri arasında yerini, lokal xüsusiyyətlərini, daşıyıcılarının mənsubiyyətini, təsərrüfat həyatını, iqtisadi və mədəni əlaqələrini, dünyagörüşlərini araşdırmaqdır. Nərgiztəpədə aparılan ilkin tədqiqatlar təkcə Qarabağda deyil, həm də bütövlükdə Azərbaycanda qədim və orta əsrlərdə gedən etno-mədəni prosesləri, o cümlədən xalqımızın təşəkkül prosesini, mədəni irsdəki varisliyi izləməyə imkan verir.

Biblioqrafik təsvir

Əliyev, Təvəkkül. Qarabağda Nərgiztəpə abidələr kompleksi = The complex of Nargiztepe monuments in Karabakh / T. Əliyev, B. İ. İbrahimli, G. Əliyeva; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.- Bakı: Elmin İnkişafı Fondu, 2017. - 96 s.- Azərbaycan və ingilis dillərində.