Peşəkar Mühasiblərin Sertifikatlaşdırma Proqramı çərçivəsində hazırlanan dərsliklər 2008-ci il sentyabrın 26-da "Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Maliyyələşdirmə Sazişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 11 noyabr tarixi 397s nömrəli sərəncamı ilə təsdiq edilmiş Korporativ və Büdcə Sektorunda Hesabatlılıq layihəsi çərçivəsində beynəlxalq peşəkar mühasiblər qurumu olan ACCA (The Association of Chartered Certified Accountants) tərəfindən tövsiyə olunan və "Get Through Guides Limited UK" şirkəti tərəfindən tərtib olunmuş təlim materialları Azərbaycan dilinə tərcümə olunmuşdur. Audit və əminlik fənni mühasib, auditor və digər aidiyyətı mütəxəssislərə audit prosesinin məqsədi, peşəkar etika qaydaları, daxil və xarici audit prosedurları, həmçinin maliyyə hesabatlarının audit olunması prosesi, auditin planlaşdırılması və onunla bağlı risklər, daxili nəzarət sistemi kimi əsas bilik və anlayışları izah edir.
Biblioqrafik təsvir
Peşəkar mühasibatlıq kvalifikasiyası: təkmil səviyyə: tədris vəsaiti: [ing. dilindən tərc.] / Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, The World Bank
VIII fənn: Audit və əminlik.- Bakı: METM, 2013.- 744 s.