Kitab haqqında

Yenə vətən yaxşı

Yenə vətən yaxşı

Sərlövhə:
Yenə vətən yaxşı
Müəllif:
Aslanov Lətif
Nəşr ili:
2020
Annotasiya:
İkinci dünya müharibəsində alman faşızmi ilə mübarizədə Azərbaycan xalqının oğul və qızları böyük əzmkarlıqla iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Onlardan biri Fransa müqavimət hərəkatının iştirakçısı, faşizmin məhv olunmasında göstərdiyi şücaətə görə Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş, bu ölkənin "Fəxri Legion ordeni" ilə təltif edilmiş, Fransa "Hərbi medalını" daşımış yeganə SSRİ vətəndaşı Əhmədiyyə Cəbrayılovdur. Kitabda qəhrəmanın həyat və döyüş yolundan söhbət açılır, Fransa partizanları cərgəsində göstərdiyi igidlikləri əks etdirən maraqlı faktlar təqdim olunur.

Biblioqrafik təsvir

Aslanov, Lətif Ənvər oğlu. Yenə vətən yaxşı: tarixi sənədli publisistik povest / L. Ə. Aslanov; ideya müəl. Ü. Ə. Əliyeva.- Bakı, 2020.- 240 s.