Kitab mərhum müğənni, Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü Fatma Mehrəliyevanın anadan olmasının 80 illiyinə həsr olunub. Kitabda Fatma xanımın keçdiyi çətin həyat, keşməkeşli sənət yoluna işıq tutulmuş, sənət adamlarının müğənni haqqında fikirləri toplanmış, özünün etirafları, müsahibələri, yaradıcılığı ilə bağlı keçirilən görüşlərdən fraqmentlər öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Dərdlilər dərdimi bilsə...: Fatma Mehrəliyeva- 80 / tərt.-müəl. N. Dostəliyeva, A. Nəbioğlu; red. Z. Əliyev, A. Məmmədov.- Bakı: MBM, 2007.- 72 s.