Kitab dövlətlər daxilində və beynəlxalq aləmdə iştirak edən tərəflər arasında münasibətlərin balanslaşdırmasının elmi-nəzəri, fəlsəfi əsaslarının tədqiqinə həsr edilir. Balanslaşdırma prosesində sistem, mexanizm və struktur anlayışlarına diqqət yetirilir. Balanslaşdırmanın tərkibi olaraq, prosesin meydana gəlməsini şərtləndirən harmoniya və simmetriya, eləcə də münasibətlər anlayışlarına izah verilir. Belə qənaətə gəlinir ki, dövlət daxilində və beynəlxalq aləmdə münasibətlərin balanslaşdırılması istər daxili sayasətdə, istərsə də beynəlxalq münasibətlərdə sabitliyə, dinamik inkişafa və sülhə səbəb olur. Kitabda bu anlayışların birinin digərini şərtləndirməsinin əsasları şərh edilir.
Biblioqrafik təsvir
Nəsibov, Elşən Misir oğlu. Münasibətlərin balanslaşdırılması: dövlətdaxili siyasətdə və beynəlxalq aləmdə / E. M. Nəsibov; elmi red. H. Cabbarlı I cild: Dinamik inkişaf, sabitlik, sülh (dünya sülhü).- Bakı: Elm və Təhsil, 2012.- 550 s.