Kitabda Azərbaycanın dərman bitkilərinin elektron məlumat-axtarış bazasının imkanları və onların müxtəlif istiqamətlərdə istifadə olunması perspektivləri işıqlandırılmış, ilk dəfə olaraq Azərbaycanın dərman florasının biomüxtəlifliyinin qısa təhlili aparılmışdır. Ölkəmizdə geniş yayılmış və daha çox istifadə olunan dərman bitkiləri barədə botaniki və tibbi-farmakoloji məlumatlar verilmiş onların təbii senozlarda çəkilmiş fotoşəkilləri yerləşdirilmiş, dərman bitkilərinin tədarükünün ümumi qaydaları göstərilmişdir.
Biblioqrafik təsvir
Mehdiyeva, Naibə Pirverdi qızı. Azərbaycanın dərman florasının biomüxtəlifliyi / N. P. Mehdiyeva; AMEA Botanika İnstitutu.- Bakı: Letterpress, 2011.- 188 s.