Kitab haqqında

Koblandı-Batır

Koblandı-Batır

Sərlövhə:
Koblandı-Batır
Nəşr ili:
2017
Annotasiya:
Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-batır" türk epik təfəkkürünün nadır incilərindən olub, baş qəhrəman Koblandının və onun silahdaşlarının yadelli işğalçılara qarşı mübarizəsini əks etdirən maraqlı abidələrdəndir. Əsərin başlıca mövzusu vətənpərvərliklə bağlı olsa da, onun ikinci qolunu saf məhəbbət motivləri təşkil edir. Eyni zamanda bu dastanda qazaxların etnik-milli düşüncəsi, psixologiyası, köçəri həyatının mənzərələri, ailə-məişət cizgiləri və s. rəngarəngliyi ilə təsvir olunmuş, epik obrazların özünəməxsusluğu görümlü təqdim olunmuşdur. Əsər Azərbaycan oxucularına ilk dəfə bu tərcümədə çatdırılır.

Biblioqrafik təsvir

Koblandı-Batır: Qazax xalq qəhrəmanlıq dastanı / AMEA Nizami adına Ədəbiyyat İnstitutu; tərc. N. Tağısoy; elmi red. M. Əliyev.- Bakı: Elm və Təhsil, 2017.- 316 s.