Nizaminin yaradıçılığı və həyatı əsasında bəstəkarların opera, balet, simfoniya, vokal-instrumental, instrumental və vokal janrlarında yazdıqları əsərlərin səhnə tarixi, quruluşu, məzmunu, musiqisinin əsas cəhətləri, yaradıcı heyətin tərkibi açıqlanır, opera və balet tamaşalarında iştirak edən sənətçilərin soyadları, eləcə də nəşr olunan not yazıları göstərilir. Şairin həyatını və poemalarının süjetlərini əks etdirən dram tamaşalarının və kinofilmlərin müəllifləri, iştirakçıları, məzmunu və müşayiət edən musiqilər haqqında məlumat verilir.
Biblioqrafik təsvir
Abdullayeva, Səadət Abutalıb qızı. Nizamidə musiqi, musiqidə Nizami / S. A. Abdullayeva; tərt. R. Rəhmanov; elmi red. L. Ş. Hüseynova.- Bakı: Nurlar NPM, 2018.- 360 s.