Kitabda 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayının materialları toplanmışdiır. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, qurultayın açılışında Prezident H. Əliyevin nitqi, nümayəndələrin və komissiya sədrlərinin çıxışları, qurultayın hesabat məruzəsi və qəbul etdiyi sənədlər, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası və onun idarə heyətinin tərkibi, qurultay iştirakçılarının siyahısı və s. materiallar bu möhtəşəm tarixi toplantının xoş məramını, azərbaycançılıq ideyası ətrafında birləşən həmvətənlərimizin və soydaşlarımızın əsas məqsəd və vəzifələrini əks etdirir.
Biblioqrafik təsvir
Dünya Azərbaycanlılarının I Qurultayı: Bakı şəhəri, 9-10 noyabr 2001-ci il / tərt. Ə. M. Həsənov.- Bakı: Azərbaycan nəşriyyatı, 2002.- 351 s.