Oxuculara təqdim olunan “Azərbaycan riyaziyyatçıları” kitabında qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olmuş alimlər haqqında biblioqrafik məlumat verilir. Kitabda dünya elm xəzinəsinə misilsiz töhfələr vermiş, orta əsrlərin böyük ensiklopedik azərbaycanlı alimi Nəsrəddin Tusi, ondan əvvəlki elmi mühitin formalaşma mərhələləri, tədqiq edilən mühüm məsələləri təsvir edən tarixi faktlar, Tusidən əvvəl yaşamış sələfləri və ondan sonrakı bəzi xələfləri haqqında, XX-XXI əsrlərdə ölkəmizdə riyaziyyatın əsasını qoymuş və onun inkişafında mühüm xidmətləri olub, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, müxbir üzvləri, riyaziyyat üzrə elmlər doktoru və professor elmi adına layiq görülmüş alimlərimiz haqqında ensiklopedik məlumatlar xronoloji ardıcıllıqla şərh olunur.
Biblioqrafik təsvir
Mərdanov, Misir Cumayıl oğlu. Azərbaycan riyaziyyatçıları / M. C. Mərdanov; elmi red. H. İsaxanlı.- Bakı: Elm və təhsil, 2019.- 496 s.