Kitab AMEA-nın müxbir üzvü, t.e.d. Fəridə Məmmədovanın "Albaniya və albanlar haqqında" (Bakı, 2006) əsərində olan yanlışlıqlar, təhriflər və tarixi faktların saxtalaşdırılması hallarının araşdırılmasına həsr olunmuşdur. Müəllif göstərmişdir ki, müxtəlif səpkili qüsurlarla zəngin olan bu əsər "Böyük Ermənistan" ideyasını təsdiqləyir və dolayısı yolla Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa xidmət edir.