Kitab haqqında

Satirik poeziya sosrealizm kontekstində

Satirik poeziya sosrealizm kontekstində

Sərlövhə:
Satirik poeziya sosrealizm kontekstində
Müəllif:
Ağabəy Gülşən
Nəşr ili:
2018
Annotasiya:
Monoqrafiyada XX əsr Azərbaycan satirasının sosrealizm mərhələsi araşdırılır. Satira, gülüş və komizm üçün ən çətin dövr kimi satiranın qarşılaşdığı çətinliklər, keçdiyi inkişaf yolu təhlil edilir. Bu dövrdə satiranı yaşadan S. Mənsur, M.S. Ordubadi, Ə. Nəzmi kimi şairlərin satirik poeziyasının qiyməti verilir. Sovet dövründə Sabir satira ənənəsini davam etdirən S. Vurğun, R. Rza, S. Rüstəm kimi şairlərin yaradıcılığında satiraya müraciətin səbəbləri elmi-nəzəri qiymətini tapır. "Molla Nəsrəddin" və "Kirpi" jurnallarının satirik idealı yaşatmasının çətinliklərindən söhbət açılır.

Biblioqrafik təsvir

Ağabəy, Gülşən. Satirik poeziya sosrealizm kontekstində: monoqrafiya / G. Ağabəy; elmi red. B. B. Əhmədov.- Bakı: Elm və təhsil, 2018.- 181 s.