Kitabda ilk dəfə olaraq Gürcüstan azərbaycanlılarının mə'nəvi mədəniyyəti tarixi-etnoqrafik baxımdan araşdırılır. Əsərdə xalqın çox çalarlı adət-ən'ənələri, xalq bayram və mərasimləri öz əksini tapmış, el şairlərinin, haqq aşıqlarının zəngin yaradıcılığı əhatəli şəkildə işıqlandırılmışdır. Xalqın yaratdığı musiqi mədəniyyətinə, folklor nümunələrinə də xeyli yer ayrılmışdır.
Biblioqrafik təsvir
Əliyev, Əsəd Tanrıverdi oğlu. Gürcüstan azərbaycanlılarının mənəvi mədəniyyəti / Ə. T. Əliyev; elmi red. T. Ə. Bünyadov; Azərbaycan Respublikası EA Arxeologiya və Etnoqrafiya İnstitutu.- Bakı: Elm, 1995.- 128 s.