Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi doğma Vətəni- Azərbaycanın daha da yüksəlişinə dair materiallar toplanmışdır. Əvvəlki cildlərdə olduğu kimi bu cilddə də ulu öndərin ayrı-ayrı hökumət və dövlət başçılarına, eyni zamanda ölkəmizin tanınmış ədəbiyyat, elm, təhsil, incəsənət, mətbuat işçilərinə, ictimai-siyasi təşkilatlara ünvanladığı çoxsaylı məktubları, teleqramları və s. sənədlər yer almışdır.