- Sərlövhə:
- Adsız itin qayıdışı
- Müəllif:
- Seymur Baycan
- Nəşr ili:
- 2015
- Annotasiya:
- İki dövrün adamı olmaq çox çətindir. Bəzən nə qədər əlləşsən də, tam olaraq hansı dövrə aid olduğunu müəyyən edə bilmirsən. BƏzi adamlar iki dövrün yaxşı tərəflərini, bəziləri isə pis tərəflərini özündə birləşdirir. Bir gün taksi ilə şəhərin mərkəzindən Əhmədli qəsəbəsinə gedərkən düz Qaqarin körpüsünün üstündə radioda eşitdiyim xəbər həyatımı iki yerə böldü: sovet vaxtı və sovetdən sonra... Böyük bir imperiyanın çöküşünü görmək hər adama qismət olmur. Bir yazı adamı üçün bu, bitməz və tükənməz mövzu xəzinəsidir. Bu kitabdakı hekayələrdə mən daha çox hansı dövrə aid olduğunu müəyyənləşdirməyə cəhd etdim...
Biblioqrafik təsvir
Seymur Baycan. Adsız itin qayıdışı: hekayələr / Seymur Baycan.- Bakı: Alatoran yayınları, 2015.- 266 s.