Kitab haqqında

"Füyuzat" ədəbi məktəbi

"Füyuzat" ədəbi məktəbi

Sərlövhə:
"Füyuzat" ədəbi məktəbi
Müəllif:
Vəliyev Şamil
Nəşr ili:
2009
Annotasiya:
Əsərdə "Füyuzat" ədəbi məktəbinin təşəkkülü və inkişaf mənzərəsi mollanəsrəddinçilərlə qarşılıqlı münasibətdə, habelə ümummilli tərəqqi fonunda işıqlandırılır. Füyuzatçıların müstəqil ideya-estetik konsepsiya formalaşdırması, klassik irs və müasir ədəbi proseslə bağlı araşdırmaları, bədii sənətkarlıq özəllikləri təhlil olunur. Onların ictimai-tarixi mövqeyi və sosial-siyasi mübarizəsi Türkiyə, İran, Rusiya, Almaniya, Fransa və s. ölkələrlə ədəbi əlaqələr kontekstində aydınlaşdırılır. Füyuzatçıların dünya romantizmi, inqilabi-demokratizm, tənzimatçılıq, məşrutə hərəkatından bəhrələnərək Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji kursunu müəyyənləşdirməsi arxiv sənədləri, ədəbi-tarixi fakt, hadisə və problemlərə istinadən tədqiq olunur.

Biblioqrafik təsvir

Vəliyev, Şamil Qəşəm oğlu. "Füyuzat" ədəbi məktəbi / Ş. Q. Vəliyev; elmi red., ön sözün müəl. K. A. Talıbzadə; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Təkrar nəşr.- Bakı: Elm və Təhsil, 2009.- 456 s.