Kitab haqqında

Məhsuldar meşələrin yetişdirilməsi

Məhsuldar meşələrin yetişdirilməsi

Sərlövhə:
Məhsuldar meşələrin yetişdirilməsi
Müəllif:
Əmirov Faiq
Nəşr ili:
2003
Annotasiya:
Kitabda yüksək məhsuldar meşələrin yaradılması üzrə tədqiqatların və təcrübələrin nəticələri verilmişdir. Respublikanın meşələrinin müasir vəziyyəti ümumi şəkildə araşdırılır. Meşələrin inkişafının gələcək perspektivi göstərilir. Meşələrin keyfiyyət tərkibinin yaxşılaşdırılması problemi, onun məhsuldarlığının artırılması yolları ətraflı şərh olunur. Meşə torpaqlarının münbitliyinin yüksəldilməsi, ağac-kol cinslərinin düzgün seçilməsi, yerləşdirilməsi və yetişdirilməsi yolu ilə meşələrin kompleks məhsuldarlığının artırılması elmi cəhətdən əsaslandırılır. Meşələrin təbii bərpasına və xüsusilə süni meşə əkinlərinə, azqiymətli ağacların rekonstruksiyasına, meşələrə xidmət və meşəbərpa qurmalarına əsaslı yer verilir.

Biblioqrafik təsvir

Əmirov, Faiq. Məhsuldar meşələrin yetişdirilməsi / F. Əmirov; red. S. Ağababayeva.- Bakı: Azərbaycan nəşriyyatı, 2003.- 184 s.