- Sərlövhə:
- Şuşa tarixi mənbələrdə
- Nəşr ili:
- 2022
- Annotasiya:
- Azərbaycan Milli Kitabxanasının hazırladığı "Şuşa tarixi mənbələrdə" adlı biblioqrafiya Şuşaya həsr olunmuş ikinci fundamental biblioqrafiyadır. Şuşanın 270 illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, ictimai-siyasi həyatı, tarixi və memarlıq abidələri haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapmışdır. Kitabda Şuşa haqqında digər xarici dillərdə olan materiallar, eləcə də dünya milli və universitet kitabxanalarında saxlanılan ədəbiyyatlar ayrıca bölmələrdə verilmişdir. Biblioqrafiyanın sonunda "Əlavələr" bölməsində Şuşanın tarixinə dair qiymətli arxiv sənədləri da öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Şuşa tarixi mənbələrdə: biblioqrafiya = Shusha Historical Sources: bibliography = Шуша в исторических документах: библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. X. Abbasova; elmi red. K. M. Tahirov.- Bakı: Zərdabi Nəşr MMC, 2022.- 632 s.- Azərbaycan, ingilis və rus dillərində.