Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı böyük xidmətlərindən, 70-ci illərin əvvəllərindən başlayaraq onun yürütdüyü milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edilir. İlk dəfə olaraq burada böyük ictimai-siyasi xadim və dövlət başçısının ana dili barədə sistemli mülahizələri, nitq mədəniyyəti və natiqlik məharəti zəngin faktlar əsasında təhlil və tədqiq olunur.