Suvarılan tərəvəzaltı torpaqların bioloji fəallığa görə qiymətləndirilməsi
Suvarılan tərəvəzaltı torpaqların bioloji fəallığa görə qiymətləndirilməsi
Sərlövhə:
Suvarılan tərəvəzaltı torpaqların bioloji fəallığa görə qiymətləndirilməsi
Müəllif:
Orucova Nailə
Nəşr ili:
2009
Annotasiya:
Monoqrafiya Abşeron bölgəsinin suvarılan boz-qonur, Şirvan düzünün boz-çəmən, Quba-Xaçmaz bölgəsinin allüvial çəmən-meşə və Lənkəran bölgəsinin qleyli-sarı torpaqlarında əkin dövriyyəsində və daimi əkində becərilən bitkilər altında fermentlərin (invertaza, ureaza, fosfataza, katalaza, dehidrogenaza) fəallığının, biokimyəvi proseslərin intensivliyinin (torpaqların nitrifikasiya və ammonifikasiya qabiliyyəti, torpaqdan ayrılan karbon qazının və torpaq profilində yerləşdirilmiş sellülozanın parçalanma intensivliyi) və mikroorqanizmlərin miqdarının öyrənilməsinə həsr olunmuşdur.
Biblioqrafik təsvir
Orucova, Nailə Hidayət qızı. Suvarılan tərəvəzaltı torpaqların bioloji fəallığa görə qiymətləndirilməsi: monoqrafiya / N. H. Orucova; elmi red. M. P. Babayev; AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu.- Bakı: Elm, 2009.- 236 s.