Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin bu cildi 2000-ci il inoyabrın 5-dən 2001-ci il yanvarın 5-dək olan dövrü əhatə edir. Kitabda ümummilli liderin yeni 2001-ci il- 3-cü minillik münasibətilə Azərbaycan xalqına, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza müraciətində xronoloji ardıcıllıqla ötən əsrin tarixi gerçəkliyi, bəşəri dəyərləri, qazanılmış nailiyyətləri, azadlığa çıxması, dövlət müstəqilliyini əldə etməsi əks olunmuşdur. Burada, həmçinin Heydər Əliyevin Minskdə MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü zamanı və Azərbaycana gələn Rusiya, İran, Türkiyə, AŞPA-nın rəsmi nümayəndə heyətləri ilə, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşlərə, apardığı danışıqlara, ikitərəfli münasibətlərin, səmərəli beynəlxalq əməkdaşlığın inkişafına dair materiallar verilmişdir. Kitabda ulu öndərin elm və sənət xadimləri, "Bakılı oğlanlar" komandasının üzvləri,