Kitab haqqında

Qarabağ üzümü

Qarabağ üzümü

Sərlövhə:
Qarabağ üzümü
Müəllif:
Səlimov Vüqar Süleyman oğlu
Nəşr ili:
2022
Annotasiya:
Kitab Qarabağ iqtisadi rayonunda üzümçülük və şərabçılığın elmi əsaslarla bərpasını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Qarabağ iqtisadi rayonunda üzümçülük fəaliyyəti çox qədim zamanlardan bu yana həyata keçirilmişdir. Bu bölgə çox sayda müxtəlif texniki, süfrə və universal istiqamətli milli, aborigen üzüm sortlarının məskənidir. Həmin sortlar uzun sürən xalq seleksiyası nəticəsində meydana gəlmişdir ki, bu da əkinçilik mədəniyyətinin bariz nümunəsidir. Burada modern mənada üzümçülük və şərabçılıq keçmiş Sovet dövründə başlamışdır.

Biblioqrafik təsvir

Səlimov, Vüqar Süleyman oğlu. Qarabağ üzümü: monoqrafiya / V. S. Səlimov, M. Ə. Hüseynov; elmi red. M. R. Qurbanov; Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu.- Bakı: Zərdabi Nəşr MMC, 2022.- 154 s.