Qorqudşünas, folklorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini, "Heca vəzninin tarixi", "Türk xalq ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti", "Kitabi Dədə Qorqud"la bağlı məqalələrini, türkcənin təkamülü və folklorla bağlı digər araşdırmalarını oxuyanlar müasirlərinin onun araşdırmalarını necə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.
Biblioqrafik təsvir
Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi / Əmin Abid; tərt., ön sözün müəl.: B. B. Əhmədov, Ə. Şamil; layihənin rəh. M. Kazımoğlu; elmi red. R. Z. Xəlilov; AMEA Folklor İnstitutu.- Bakı: Elm və Təhsil, 2016.- 240 s.